Neft bir gün əvvəl azaldıqdan sonra bahalaşır, Brent bir barelə $29,4 təşkil edib

09:55 - 14.05.2020


14 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün azaldıqdan sonra cümə axşamı ticarətində artır.

Saat 9:25-də London ICE Futures birjasında, Brent markalı neftin iyul üçün fyuçers qiyməti 0,20 (0,69%) – barel başına $29,39-a yüksəldi.

Mayın 13-də ICE Futures birjasında hərracların nəticələrinə görə, iyul üçün fyuçers qiyməti bir barelə $0,79 (2,64%), $29,19-a qədər ucuzlaşıb.

Saat 9:25-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-in iyun ayına olan fyuçersi $0,23 (0,91%) – bir barelə $25,52-ə yüksəldi.

Mayın 13-də Nyu - York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə görə, WTI-in iyun ayına olan fyuçersi $0,49 (1,9%) - barelə başına $25,29-a düşüb.

 

Bütün xəbərlər