330x110
 

Tanınmış şirkət özünə sədr seçəcək - Səhmdarlar toplaşır

14.05.2020,10:18


14 may, Fineko/abc.az. "Salyan - Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığıncaq iyunun  26-da saat 12-00-da baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin 2019-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinə dair İdarə Heyətinin hesabatı, Səhmdar Cəmiyyətin İdarə Heyətinə sədrin seçilməsi və digər məsələlər daxildir.

Müəllif: Elmir Murad