Naxçıvanda 106 şəxsə pensiya təyin olunub - Bir ayda

10:51 - 14.05.2020


14 may, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən ay “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 106 vətəndaşa əmək pensiyası təyin olunub.

ABC.AZ xəbər verir ki, bunlardan 83-ü yaşa, 2-si əlilliyə, 21-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. “Dövlət sosial sığorta sistemində fərdi-uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi uçot sistemində işlər davam etdirilib, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 107 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər