Azərbaycanın xaricə göndərdiyi ixrac missiyalarının sayı ildə 25-ə qədər artıb

12.01.2018,16:08


12 yanvar, Fineko/abc.az. Cümə axşamı günü, yanvarın 11-də Azərbaycan prezidenti,  ixrac missiyalarının xaricə təşkili proseduruna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, “Made in Azerbaijan” markasının təşviqi məqsədilə, illik ixrac missiyalarının sayı 25-ə çatdırılacaq.

Hazırkı zamana qədər qüvvədə olan qaydalara əsasən, ixrac missiyalarının maksimum illik sayı 10 olmuşdur.

Həmçinin, ixrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək artırılmış,  iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılmışdır.