Azərbaycanın çay ixracı artıb - Statistika

12:00 - 14.05.2020


14 may, Fineko/abc.az. Bu ilin 4 ayında Azərbaycandan ixrac olunan çayın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ölkədən 493,3 ton çay ixrac olunub. İxrac edilən çayın dəyəri 3,2 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ölkədən dəyəri 2,6 milyon dollar olmaqla 419 tonadək çay ixrac edilib.

 

Bütün xəbərlər