Azərbaycan kimya məhsullarının ixracını artırıb - Məbləğ

12:37 - 14.05.2020


14 may, Fineko/abc.az. Bu ilin ilk 4 ayında Azərbaycandan 183,3 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) ABC.AZ-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 26,5 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin eyni aylarında ölkədən ixrac olunan 104,2 min ton kimya məhsullarının dəyəri 24,3 milyon dollar təşkil etmişdi.

 

Bütün xəbərlər