Daha 639 nəfər cərimələndi - 1 gündə

14:04 - 14.05.2020


14 may, Fineko/abc.az.  Xüsusi karantin rejiminin pozulmasına görə 13.05.2020-ci il saat 00:00-dan 14.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 639 nəfər  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) ABC.AZ-a verilən məlumata görə, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 219 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər