Pomidor ixracı artıb - 50 faizə yaxın

14:53 - 14.05.2020


14 may, Fineko/abc.az.  2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixrac etdiyi pomidorun həcmi açıqlanıb.

 ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycandan 73 milyon 341 min dollar dəyərində 58 min 986 ton pomidor ixrac edilib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətdə pomidor ixracı dəyər ifadəsində 47,7%, miqdar ifadəsində isə 40,8% artıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycandan 49 milyon 644 min dollar dəyərində 41 milyon 873 ton, ötən ilin 12 ayı ərzində isə 189 milyon 292 min dollar dəyərində 174 min 548 ton pomidor ixrac edilmişdi.

Bütün xəbərlər