Azərbaycan Mərkəzi Bankı depozit hərracında 250 milyon manat cəlb etdi

16:46 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 12-də növbəti depozit hərracını keçirib.

AMB-dan verilən məlumata əsasən, hərraca 250 milyon manat cəlb edilmişdir.

“Hərracda 446,6 milyon manat təklif edilmiş, əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,55% təşkil etmişdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər