Azərbaycanda elektriklə işləyən avtomobillərə maraq artıb

15:21 - 14.05.2020


14 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında ölkəyə 1673 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu nəqliyyat vasitələrindən 1654-ü daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətiriləndir.

19-u isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitəsidir.

 

Bütün xəbərlər