İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 40% artdı

16:46 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. 2017-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri  təxminən 40% artaraq, 958,2 milyon manata çatdırılmışdır.

Fondun məlumatında deyilir ki, illik bölüşdürülməmiş mənfəət ilin sonunda 15 mln. manat təşkil etmişdir.

“Keçən il ipoteka kreditləşməsi ilə bağlı müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12 702 müraciət daxil olub, 203,1 mln. manat məbləğində 3 109 kredit verilib. Bunun 1 076 ədədi (70,6 mln. manatı) güzəştli ipoteka kreditlərinin payına düşüb. Verilmiş kreditlərin 2 860 ədədi (184,2 mln. manatı) təkrar maliyyələşdirilib”, - məlumatda belə deyilir.

Ümumilikdə, 2006-2017-cı illərdə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21 300-ə yaxın olub.

 

 

Bütün xəbərlər