Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr - Siyahı

15:50 - 14.05.2020


14 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin adları açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan bu ilin yanvar-aprel aylarında ən çox Rusiyadan məhsul idxal edib.

Belə ki, bu ilin 4 ayında ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 610,4 milyon ABŞ dolları, Türkiyədən 503 milyon dollar, Çindən isə 425 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər