Azərbaycan 43 milyon dollarlıq fındıq ixrac edib - 4 ayda

16:05 - 14.05.2020


14 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan ixrac olunan fındığın həcmi məlum olub. ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, sözügedən dövrdə Azərbaycandan 7 min ton meşə fındığı ixrac edilib. İxrac edilən meşə fındığının dəyəri 43,3 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ölkədən dəyəri 54,4 milyon dollar olmaqla 10 min ton meşə fındığı ixrac edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər