Emissiya məbləği 7 milyon manatdan çox olan hərrac keçiriləcək

16:35 - 14.05.2020


14 may, Fineko/abc.az. Mayın 5-i və 12-də may tarixində Bakı Fond Birjasında (BFB) hərracı keçirilmiş Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) qalan hissəsi üzrə 19 may tarixində növbəti hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, ISIN kodu AZ0104005779, emissiya həcmi 7 660 700 AZN, nominal dəyəri 100 AZN, istiqrazların tədavül müddəti 364 gün, ödəmə tarixi 04.05.2021, anderrayter Paşa Kapital İŞ QSC-dir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər