Azərbaycanın elektrik enerjisi ixracı azalıb - Rəqəmlər

16:43 - 14.05.2020


14 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, dörd ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 milyard 985,8 milyon kilovat/saat (İES-lərdə 7 milyard 689,9 milyon kilovat/saat, SES-lərdə 295,9 milyon kilovat/saat), Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə 114,1 milyon kilovat/saat (İES-lərdə 62,7 milyon kilovat/saat, SES-lərdə 39,9 milyon kilovat/saat, günəş stansiyalarında 11,5 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 796,8 milyon kilovat/saat olub.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 500,6 milyon kilovat/saat olmaqla 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 116,4 milyon kilovat/saat azalıb. Elektrik enerjisinin idxalı isə 44,7 milyon kilovat/saat təşkil etməklə, ötən ilin eyni dövrünə nisbətən 7,5 milyon kilovat/saat azalıb.

 

Bütün xəbərlər