Xalq Bankın "Nyu-Yorka səyahət" aksiyasının sonuncu tiraji oynanıldı

16:53 - 12.01.2018


Xalq Bankda 2017-ci il may ayının 1-dən dekabrın 31-dək “Bakcell” və “Qatar Airways” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilən "Nyu-Yorka səyahət" aksiyası sona çatdı.

Aksiyanın şərtlərinə görə Xalq Bankda seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bank POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edirdi.

Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlar aparan müştərilər, eləcə də,  tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırdılar. Aksiyanın müddəti ərzində toplanan xalların sayına görə hər ay on lider müştəri “Sakit Göl Hotel, Şamaxı”, “Qafqaz Karvansaray Hotel, Qəbələ” hotellərinə səhayət kuponları, Azpetrol, Sabina P&C mağazalar şəbəkəsindən və digər şirkətərdən hədiyyə kuponları, Bakcelldən “Alov” smartfonu və digər dəyərli hədiyyələrə sahibləndilər. Hər dörd ayın nəticəsinə görə ən çox xal qazanan 2 müştəri isə super priz - Bakı-Nyu-York-Bakı aviabileti qazandı.

Yanvar ayının 8-də aksiyanın sonuncu, 8-ci tirajı keçirildi və qaliblər müəyyən olundu. Bu tirajda əsas mükafat olan Bakı-Nyu York-Bakı aviabiletini Neftçala sakini Bağırov Emil Zakir oğlu əldə etdi.

Bütün qalibləri təbrik edirik!

Aksiyaya texniki dəstək Bakcell Ulduzum loyallıq proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edildi.

"Nyu-Yorka səyahət" aksiyasının 8-ci turunun qalibləri:

 

Qalib iştirakçının adı, soyadı Xal sayı Hədiyyə
1 Bağırov Emil 2863 Bakı-Nyu York- Bakı aviabileti
2 Nuriyeva Fəridə 890 "Avtomobil üçün yağdəyişmə” kuponu
3 Abdullayeva Rəmziyyə 855 2 nəfərlik “Sakit Göl Şamaxı” istirahət kuponu
4 Məmmədova Arzu 270 "Sabina" P&C" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu
5 İbrahimova Sevda 250 "Fleuriste" Gül dükanından 50 AZN-lik hədiyyə kuponu
6 Mehdiyeva Şəbael 170 “Nisa Beauty” şirkətindən 50 AZN-lik hədiyyə kuponu
7 Nəsirli Nəsir 140 “Ronnefeldt” Çay köşkündən “30 AZN-lik hədiyyə kuponu”
8 Əliyev Namiq 130 Qol dəsti, USB, bel çantası
9 Əsədov Elsevər 130 Selfi çubuğu, parker qələm, fotoatlas dəsti
10 Mustafayev Feruz 130 Azpetrol Şirkətindən “30 Litr-lik Elektron Yanacaq Talonu”
11 Rüstəmov Səbuhi 140 Azpetrol Şirkətindən “30 Litr-lik Elektron Yanacaq Talonu”

 

Bütün xəbərlər