Beş rayonun prokuroru işdən çıxarıldı - Rəsmi açıqlama

10:54 - 15.05.2020


15 may, Fineko/abc.az. Baş Prokurorluq bir neçə rayonun prokurorunun işdən çıxarılması haqda rəsmi açıqlama yayıb.

ABC.AZ Baş Prokurorluğun yaydığı açıqlamaya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

K.Əliyevin digər əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov da işdən çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cavabında faktı təsdiqləyib. Qeyd edib ki, həmin şəxslər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.

 

Bütün xəbərlər