Dünya Bankı nümayəndəsinin Azərbaycanda səlahiyyət müddəti bitir

11:23 - 15.05.2020


15 may, Fineko/abc.az. Dünya Bankının Azərbaycandakı nümayəndəsi Navid Naqvinin ölkəmizdəki səlahiyyət müddəti başa çatır.

Bu barədə məlumatı ABC.AZ-a N.Naqvinin özü deyib. O qeyd edib ki, rəsmi olaraq iyunun sonunda Azərbaycanda səlahiyyət müddəti başa çatacaq.

Qeyd edək ki, N.Naqvi Azərbaycanda 2016-cı il iyulun 1-dən çalışırdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər