Neft bazarındakı müsbət meyillərdə hasilatın azalmasının rolu var - Nazir

11:52 - 15.05.2020


15 may, Fineko/abc.az. Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi” iştirakçılarının qlobal neft bazarında sabitliyin və balansın bərpasının sürətləndirilməsi ilə bağlı səylərini təqdir edir və bu prosesə öz zəruri dəstəyini verir.

ABC.AZ-ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, aprel ayında əldə edilmiş tarixi razılaşmanın yerinə yetirilməsi də OPEC və qeyri-OPEC ölkələrindən yüksək həssaslıq və qəti addımlar tələb edir: “May ayında neft bazarında müşahidə olunan müsbət meyillərdə şübhəsiz ki, “OPEC plus” ölkələrinin hasilatı azaltması ilə bağlı tədbirlərinin rolu var. “OPEC plus” üzvlərinin öhdəliklərinə sadiqlik, Səudiyyə Ərəbistanı, BƏƏ və Kuveytin isə hasilatlarını əlavə həcmlərdə azaltmaqla bağlı mövqeləri neft bazarının tənzimlənməsi üçün həlledici əhəmiyyətə malikdir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər