BNA açıq tender elan edir

14:25 - 15.05.2020


15 may, Fineko/abc.az.   “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, Sistemə qoşulmasının təmin edilməsi və 2 (iki) illik texniki xidmətin  üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 08.06.2020 12:00   tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17.06.2020 12:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 18.06.2020 12:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Ülvi Həsənov

Telefon: (994 12)   4044120

Ünvan: Bakı, Ziya Bünyadov 111

 

Bütün xəbərlər