330x110
 

Azərbaycanda elektrik enerjisinin orta qiyməti azalıb

15.05.2020,14:56


15 may, Fineko/abc.az.    2020-ci ilin aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 100,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin aşağı düşməsinə səbəb əhali qrupu üzrə elektrik enerjisinin güzəştli istehlak limitinin 300 kVtsaatdan 400 kVt-saatadək artırılması olub.

Nəticədə elektrik enerjisinin orta qiyməti bu ilin mart ayı ilə müqayisədə aprel ayında 12,5 faiz aşağı düşüb. Digər ödənişli xidmətlərin qiymətlərində dəyişikliklər baş verməyib.

 

Müəllif: Elmir Murad