Naxçıvanda tibb işçilərinə pul mükafatları verilib - Vasif Talıbov göstəriş verib

15:04 - 15.05.2020


15 may, Fineko/abc.az.    “Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib”.

 Bunu  MR-in Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva bildirib.

 O qeyd edib ki, hazırda 417 nəfər karantində saxlanılır: “Virusun laborator təyini üçün Muxtar Respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir”. Qeyd olunub ki, Naxçıvan MR-in Ali Məclisi Sədrinin sərəncamlarına əsasən profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 3-5 misli məbləğində mükafatlandırılıblar.

Bütün xəbərlər