Bəzi kimyəvi məhsulların qiyməti bahalaşıb - Siyahı

15:23 - 15.05.2020


15 may, Fineko/abc.az.    2020-ci ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin aprel ayına nisbətən 101,3 faiz təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yağlı boyaların, polietilen su və kanalizasiya borularının, laminat parketin, xalçaların, kondisionerlərin, tozsoranların, mikrodalğalı sobaların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, pambığın, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyator və amortizatorların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, mətbəx üçün mebel dəstlərinin, mobil telefonların, yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bütün xəbərlər