“Azərsu” Nəsimi rayonunda yeni magistral su xəttinin tikintisinə başlayır

17:21 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC əhalinin içməli su təminatının yaxşılaşdırılması üzrə layihənin həyata keçirilməsini davam etdirir.

ASC-dən verilən məlumata əsasən,  yeni ilin ilk günlərindən başlayaraq, Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri intensiv şəkildə aparılır.

“İşlər, həmin ərazidə yol infrastrukturunun yeniləndirilməsi çərçivəsində aparılır”, - məlumatda belə deyilir.

M.Davudoğlu küçəsində yaşayan sakinlərin su təchizatı 1970-ci illərdə çəkilmiş polad borularla  təmin olunurdu. Uzun müddət istifadədə olmuş xətt istismar tələblərinə cavab vermədiyindən tez-tez qəza halları yaranırdı.

 

Bütün xəbərlər