SMS icazə sistemi ləğv olunur - Gələn həftədən

16:08 - 15.05.2020


15 may, Fineko/abc.az. Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Operativ Qərərgahdan ABC.AZ-a daxil olan məlumata görə, bu qadağanın ləğvi 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə tətbiq ediləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər