Toylara qadağa qüvvədə qaldı - Keçirmək olmaz

16:59 - 15.05.2020


15 may, Fineko/abc.az. Mayın 18-də aradan qaldırılan bəzi məhdudiyyətlərə toy məclislərinin təşkili aid edilməyib.

ABC.AZ xəbər verir ki, bununla yanaşı bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması, əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti də qadağalar sırasındadır. Qeyd olunan sahələrə əvvəlki qayda ilə yenə də məhdudiyyət qoyulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər