Gürcüstan vətəndaşları Bakıdan ölkələrinə təxliyə olundu - 50 nəfər

17:17 - 15.05.2020


15 may, Fineko/abc.az. Gürcüstanın Azərbaycandakı səfirliyi bir qrup vətəndaşları Tbilisiyə təxliyəsini təmin edib.

ABC.AZ xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Məlumata görə, mayın 15-də 50 Gürcüstan vətəndaşı avtobusla vətənə yola salınıb. Vətəndaşların Gürcüstana təxliyə prosesi Azərbaycanın müvafiq dövlət qurumları ilə razılıq əsasında həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Gürcüstan Azərbaycandan 110 vətəndaşını təxliyə edib.

 

Bütün xəbərlər