Nazirlik fermerlərə səyyar xidmət göstərir - Şəki kəndlərində

10:45 - 18.05.2020


18 may, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Şəkinin rayon mərkəzindən uzaq kəndlərində səyyar xidmətə başlayıb.

ABC.AZ Nazirliyə istinadən xəbər verir ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı fermerlərə səyyar xidmət göstəriblər. Xidmətdən, ümumilikdə, 230 fermer yararlanıb.

Səyyar xidmət zamanı fermerlərə tibbi maskalar paylanıb, dezinfeksiya tədbirləri görülüb. Şəkidə fermerlərə səyyar xidmət davam etdiriləcək.

Nazirliyin səyyar xidmət mikroavtobusları bu həftədən Xaçmaz, Masallı, Kürdəmir və Bərdə rayonlarında da xidmətə başlayacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər