330x110
 

Bu rayonda çiyid səpini artıb - 851 hektar çoxalıb

18.05.2020,11:19


18 may, Fineko/abc.az. Neftçalada çiyid səpini başa çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib.

Məlumata görə, ildə Neftçalada 5 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulsa da fermerlər qısa müddətdə 5 min 983 hektar sahədə səpin keçiriblər ki, bu da ötən ildəkindən 851 hektar çoxdur. Səpin aparılmış Xol zonasının 3710 hektarında yaxşı bitiş alınıb.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 78 hektar pambıq sahəsindən 16 m 74,4 ton məhsul toplayıblar.