Sığorta potensialı çox olsa da yığım azdır - Açıqlama

11:40 - 18.05.2020


18 may, Fineko/abc.az. Azərbaycanda sığorta sektorunun potensialı 1 milyard manatdan çox olsa da şirkətlərin yığımı maksimum 750 milyon manat olub.

Bu isə sığorta sektorunun zəifliyini göstərən amildir.

Bunu ABC.AZ-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosasiyasının sədri Azər Əliyev bir neçə gün əvvəl mətbuat konfransı zamanı Azərbaycanda sığorta sektoru çox zəif inkişaf edib deyən Elman Rüstəmovun fikirlərinə münasibət bildirərkən qeyd edib.

A.Əliyev Mərkəzi Bank sədrinin yanvar ayında sığorta sektoruna yeni model gətiriləcək fikrinə də münasibət bildirib: "Model məsələsinə gəlincə, açığı məndə o istiqamətdə xəbər yoxdur. Bəlkə ola bilsin ki, gələcəkdə bu elektronlaşma sığortada daha geniş istifadə olunsun. Məsələn artıq bu kağız formadan biz keçək onlayn yazılan qaydaya. Yenə də indi bir neçə növ üzrə bu artıq həyata keçirilib. Amma ümumi sığorta bazarı üçün bu elektron sığorta formalarının buraxılması daha vacib olsun".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər