Pambığın ən çox əkildiyi rayonlar - Siyahı

12:22 - 18.05.2020


18 may, Fineko/abc.az. Bu günədək pambıq şirkətləri tərəfindən 20 minə yaxın fermerlə 99693 hektar sahədə pambıq əkininə dair müqavilə imzalanıb.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olmuş məlumata görə, çayın 18-dək 99180 hektar sahədə şum, 97988 ha sahədə isə çiyid səpini aparılıb.

Bu il Azərbaycanın 21 rayonunda pambıq əkini proqnozlaşdırılır. Ən çox əkin ənənəvi pambıqçılıq rayonlarından olan Saatlı (13720 ha), Bərdə (11300 ha), Biləsivar (10553 ha), Ağcabədi (10320 ha) və Sabirabadın (9551 ha) payına düşür.

Qeyd edək ki, ötən il Azərbaycanda 294 min ton pambıq yığılıb və hər hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, pambıqçı fermerlərə ilk dəfə olaraq həm əkin, həm məhsul subsidiyası veriləcək. Pambıqçı fermerlər əkin sahəsinin hər hektarına görə 220 manat, məntəqələrə təhvil verdikləri pambığn hər tonuna görə 100 manat subsidiya alacaqlar.

 

Bütün xəbərlər