Mərkəzi Bank daha bir hərrac keçirib - Nəticələr

12:24 - 18.05.2020


18 may, Fineko/abc.az. Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə keçirtdiyi depozit hərracının nəticələrini açıqlayıb.

Ölkənin əsas Bankından ABC.AZ-a bildirilib ki, mayın 18-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 322,5 milyon manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76 faiz təşkil edib. Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər