Azərbaycan süd idxalını artırıb - Hesabat

12:45 - 18.05.2020


18 may, Fineko/abc.az. Bu ilin ilk 4 ayında Azərbaycanan süd idxalını artırıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-aprel ayında ölkəyə 3,2 min ton süd idxal olunub.

Bu isə ötən ilin eyni dövrü ilə müayisədə çoxdur. Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkəyə 3,7 milyon dollarlıq 2,7 min ton süd idxal olunmuşdu. Bu ilin ilk 4 ayında idxal edilən südün dəyəri 5,7 milyon ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər