Azərbaycanda pərakəndə ticarət kəskin azalıb - 33 faizdən çox

14:19 - 18.05.2020


18 may, Fineko/abc.az. 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində əhaliyə 11 milyard 516,1 milyon manatlıq, o cümlədən 6 milyard 169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 346,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, karantin rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflədib və bu ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb.

Ümumilikdə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 dəfə cox olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər