Azərbaycan daha bir ölkəyə yardım etdi - Moldova prezidenti təşəkkür etdi

15:20 - 18.05.2020


18 may, Fineko/abc.az. Pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim.

ABC.AZ-ın məlumatına görə, bunu Moldova Prezidenti İqor Dodon mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə İlham Əliyevlə arasında videokonfrans formatında görüşündə deyib.

Moldova prezidenti deyib: "Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər. Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq".

 

Bütün xəbərlər