Məhdudiyyətlər götürülən kimi yoluxma sayı artıb - TƏBİB-in şöbə müdiri

18:10 - 18.05.2020


18 may, Fineko/abc.az.  11-17 mayda 755 yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Operativ Qərərgahda keçirilən brifinqdə bildirib. 

O qeyd edib ki, bunlar böyük rəqəmlərdir: "Məhdudiyyətlər götürülən kimi yoluxmaların sayı artıb. Bu, bizim sosial məsuliyyətimizin az olduğunu göstərir. Parklarda mütləq maskalardan istifadə etməliyik. Biz daim karantin rejimində yaşaya bilmərik. Əhalinin istəyinə uyğun olaraq karantin rejimi yumşaldılır. Amma bu yumşalma məsuliyyətsizliyə səbəb olmamalıdır. Vətəndaşların dəstəyi, məsuliyyət hissi olmasa vəziyyət yenidən pisləşə bilər”. 

Bütün xəbərlər