330x110
 

Milli Məclisdə 18 qanuna dəyişikliklər gözlənilir - Siyahı

19.05.2020,10:26


19 may, Fineko/abc.az. Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.

ABC AZ xəbər verir ki, oclasın gündəliyinə 18 məsələ daxildir.

İclasda əvvəlcə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı dinləniləcək. Daha sonra Miqrasiya Məcəlləsinə, Cinayət-Prossesual Məcəlləsinə, Vergi Məcəlləsinə, "Turizm haqqında", "İcra məmurları", "Polis haqqında", "Avtomobil yolları haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Dövlət qulluğu haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Psixiatriya yardımı haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Gənclər siyasəti haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.