Bakıda daha bir yol bağlanır - Təmir gedəcək

10:44 - 19.05.2020


19 may, Fineko/abc.az. Bakının daha bir küçəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sabahdan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.

Təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər