Koronavirus Gürcüstanın avtomobil ticarətinə ağır zərbə vurub – 94 faiz azalma var

11:12 - 19.05.2020


19 may, Fineko/abc.az. Koronavirus panidemiyası, digər sahələrlə yanaşı, ən ağır zərbələrdən birini Gürcüstanın avtomobil ticarətinə vurub.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Rustavidən başqa ölkələrə avtomobil satışında 94,1% geriləmə qeydə alınıb.

Beləki, 2019-cu ilin aprel ayında, 6 033 avtomobil çıxarılıbsa, bu ilin aprel ayında bu göstərici 355-ə bərabər olub. Bu isə sözügedən sahədə, 94,1% geriləmə deməkdir.

Gürcüstana avtomobil idxalına gəldikdə isə, bu sahədə də ciddi gerilmə qeydə alınıb. Ötən ilin, aprel ayında, Gürcüstana 5 712 avtomobil gətirildiyi halda, bu ilin aprel ayında analoji rəqəm 1 100 təşkil edib. Bu isə 80,7% azalma deməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər