Bundan sonra hərraclar elektron formada olacaq – Yenilik

14:44 - 19.05.2020


19 may, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot olaraq istifadəyə verilib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək.

Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də bundan sonra yeni sistem üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər.

Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər