"Əmanətlərin sığortalanması haqqında”qanununa dəyişiklik edildi

16:07 - 19.05.2020


19 may, Fineko/abc.az. Milli Məclisdə “Əmanətlərin sığortalanması haqqında”qanuna təklif edilən dəyişiklik müzakirə olunub.

ABC.AZ xəbər verir ki, qanun layihəsinin 19-cu maddəsinə təklif edilir ki, "Azərbaycan Respublikasının Prezidentinə" sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)" sözləri ilə əvəz edilsin.

19.6-cı maddədə "mühasibat balansı, pul vəsaitlərinin hərəkəti, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlər (zərərlər) barədə hesabatların" sözləri "maliyyə hesabatlarının" sözləri ilə əvəz edilməsi təklif edilir.

Qanun layihəsinə dəyişiklik qəbul edilib.

 

Bütün xəbərlər