Zaqatalada 385 nəfər işlə təmin olunub – 4 ayda

16:27 - 19.05.2020


19 may, Fineko/abc.az. Bu ilin dörd ayında Zaqatala Rayon Məşğulluq Mərkəzi vasitəsilə 385 nəfər işə düzəlib. İşə düzələnlərin 166 nəfəri qadın, 212 nəfəri 29 yaşadək gənclərdir.

ABC.AZ Mərkəzə istinadən xəbər verir ki, yanvar-aprel aylarında Zaqatala rayonunda 67 nəfər “Öz biznesinə başla və təkmilləşdir” layihəsi çərçivəsində keçirilən təlimlərə, 32 nəfər isə peşə hazırlığı kursuna cəlb ediliblər.

Özünüməşğulluq təlimlərinə cəlb olunanların 64 nəfəri kənd təsərrüfatı, 3 nəfər isə xidmət sahələrində fəaliyyət göstərəcəklər.

 

Bütün xəbərlər