Azərbaycanda girişi pulsuz olan turizm mərkəzləri – Siyahı

17:15 - 19.05.2020


19 may, Fineko/abc.az. Dövlət Turizm Agentliyi xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması, Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edir.

ABC.AZ xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, ziyarətçilər “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Lahıc” Dövlət Tarix Mədəniyyət Qoruğu, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi aşağıda adları qeyd olunan turizm obyektlərinə sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ödənişsiz daxil olacaqlar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər