Azərbaycan 13 ölkə və 3 beynəlxalq təşkilata yardım edib

17:38 - 19.05.2020


19 may, Fineko/abc.az. Azərbaycan 13 ölkəyə, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərib. Bu, bir daha bizim məsuliyyətimizi göstərir. Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev AZTV-yə müsahibəsində bildirib.

Prezident qeyd edib ki, əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik: "Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik. Çünki mən demişəm, bu təsisatda bir çox ölkələr cəmləşir ki, bir-biri ilə yola getmir. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Nəyə görə? Çünki biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik. Yardım edəndə bunu elə formada edirik ki, bu, yardımı alan üçün də məqbul olsun və öz işimizi bu istiqamətdə davam etdirəcəyik".

 

Bütün xəbərlər