Qonşu ölkə neft idxalını kəskin azaldıb - 19 faiz

10:28 - 20.05.2020


20 may, Fineko/abc.az. Gürcüstan bu ilin yanvar-aprel aylarında 157,7 mln. ABŞ dolları dəyərində təbii qaz tədarük edib.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Sözügedən dövrdə məhsulun ölkənin ümumi idxalındakı payı 6,4%-ə bərabər olub. İllik müqayisədə Gürcüstanın təbii qaz idxalı 1% artıb.

Hesabat dövründə Gürcüstan 171,2 mln ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.

Ölkənin ümumi idxalındakı payı 7% təşkil edən bu məhsulun dəyərində illik müqayisədə 19% azalma qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər