“ASAN xidmət” mərkəzlərində açıq tender keçirilir

11:07 - 20.05.2020


20 may, Fineko/abc.az. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində bədii tərtibat işlərinin hazırlanması və quraşdırılması işlərinin satınalınması üçün açıq tender keçirir.

Tenderdə iştirak haqqı 300 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 31.05.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.06.2020 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 09.06.2020 15:00  tarixində aparılacaq.

Əlaqələndirici şəxs: Kamal Səfərov

Telefon: (994 12) 444 74 44

 

Bütün xəbərlər