Gürcüstan yaxın zamanda turistləri qəbul etməyə başlayacaq - Baş nazir

11:57 - 20.05.2020


20 may, Fineko/abc.az. Sabahdan etibarən, hər bir səfir, hər yerdə bəyan etsin ki, Gürcüstan qonaqları yaxın zamanda qəbul etməyə tam hazır olacaq.

ABC.AZ Gürcüstan mətbuatına istinadən məlumat verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O qeyd edib ki, hər kəslə danışıqlar aparırıq ki, Gürcüstan turistləri ilk qəbul edən ölkə olsun: "Bir çox ölkələrlə təhlükəsiz koridorlar yaratmaq və yaşıl zonalar elan etmək üçün, ikitərəfli müqavilə bağlamalı olacağıq. Misal üçün, göründüyü kimi, ilk belə ölkə İsrail olacaq. Daha sonra, Avstriya, Baltik ölkələri həmçinin Yunanıstan ilə çox yaxşı dinamikamız var".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər