Gəncənin bu sakinlərinə yeni evlər verilib - 2 il sonra

12:14 - 20.05.2020


20 may, Fineko/abc.az. Gəncədə 2018-ci il noyabrın 20-də partlayış nəticəsində yararsız hala düşən binanın sakinləri yeni mənzillərlə təmin olunublar.

ABC.AZ-ın məlumatına görə, mənzillərin açarları ev sahiblərinə təqdim edilib.

Bildirilin ki, beşmərtəbəli yaşayış binası iki blokdan ibarət olmaqla, ümumi sahəsi 4570 kvadratmetrdir. Qeyd edək ki, 2018-ci ilin noyabrın 20-si səhər saatlarında Şahlar Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub. Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb.

Bina yararsız hala düşdüyündən sökülərək yerində yeni bir yaşayış binasının inşa edilməsi qərarı verilib.

 

Bütün xəbərlər