330x110
 

14 min fermerə subsidiya almaq üçün kartlar veriləcək - Artıq sifariş olub

20.05.2020,14:34


20 may, Fineko/abc.az. Yazlıq əkinlərini bəyan edərək əkin subsidiyasına müraciət edən fermerlərə “Fermer kartları”nın paylanmasına başlanılıb.

Bu barədə ABC.AZ-a Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib. Agentlikdən qeyd ediblər ki, ilkin olaraq bu ilin aprel ayının sonunadək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) Subsidiya İnformasiya Sistemində yazlıq əkinlər barədə elektron bəyanları dolduran və monitorinqdən keçən 14 min fermerin adına “Fermer kartları” Agentliyin sifarişi əsasında “Kapital Bank” tərəfindən çap edilib və bankın regionlardakı filiallarına göndərilib.

 

Müəllif: Elmir Murad