Azərbaycanın Mərkəzi Bankı depozit hərracında 250 milyon manat cəlb etdi

12:42 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. Azərbaycanın Mərkəzi Bankı (AMB) yanvarın 15-də növbəti depozit hərracını keçirdi.

AMB-dan verilən məlumata əsasən, hərraca cəlb edilmiş məbləğ 250 milyon manat təşkil etmişdir.

“Hərracda tələb 318,0 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,20% təşkil etmişdir”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər